
Rusiya baş nazir Vladimir Putin 14 fevral “Sevgililər günü”ndə Çelyabinsk əyalətinin qubernatoru Pyotr Sumin ilə görüş keçirib.
Bu haqda xəbər ЧтоСделалПутин.рф saytında yerləşdirilib. Xəbər adi xəbər kimi görünsə də, ortaya çox gülünc mənzərə çıxıb. Beləki Pyotr Sumin bu görüşdən düz bir il əvvəl vəfat edib. Qubernator səlahiyyətlərinə isə 2010-cu ildə son verilib. Bu faktı bloqqer Andrey malqin ortaya çıxarıb. Məlumat sonradan saytdan silinsə də, bloqqerlər xəbərin surətini internetdə yaya biliblər.
İnformasiya Şöbəsi


