Medvedev müxaliflərlə görüşdü

Kreml rəhbəri ölkənin siyasi inkişafı üçün müxalifətdən dəstək istədi

Rusiyada ötən ilin dekabrında keçirilən parlament seçkilərindən sonra və qarşıdan gələn prezdent seçkiləri öncəsi yaranmış siyasi gərginlik davam etdiyi vaxt prezident Dmitri Medvedev ölkənin aparıcı, lakin dövlət qeydiyyarına alınmayan müxalifət partiya və təşkilatlarının liderləriylə görüşüb. Görüşdə Rusiya hakimiyyətinə sərt mövqedə dayanan müxalif liderlər Boris Nemtsov, Vladimir Rıjkov, İlıya Pobomaryov, Serqey Udalçov, Anatoliy Panfilov və başqaları iştirak edib. Prezidentlə müxaliflər arasında siyasi islahatların aparılması, partiyaların qeydiyyatı qanununundakı boşluqlar, parlament seçkiləri sisteminin dəyişdirilməsi və qubernatorlara əlavə səalhiyyətlərin verilməsi müzakir predmeti olub.

Dmitri Medvedev müxalifət təmsilçilərinin irad və təkliflərinə cavab olaraq bildirib ki, o, ölkədə köklü siyasi islahatların həyata keçirilməsində, siyasi sistemin liberallaşmasında dəstək gözləyir. Medvedev müxalif yönlü partiyaların qeydiyyata alınmasının ölkənin siyasi sisteminin inkişafına və liberallaşmasına mühüm təkan ola bilər:“Dəyişikliklərin zamanı yetişib. Bizim siyasi sistemimiz ideal olmasa da, sərt tənqid olunacaq qədər bərbad deyil. Burada fərqli siyasi düşücəni paylaşanların əyləşməsi və müzakirələ qatılması yaxşı haldır. Biz siyasi sistemimizin inkişaf etdirilməsinin vacib olduğunu başa düşür və qəbul etməliyik. Mən sizinlə başqa problemləri də müzakirə etməyə hazıram. Ancaq hesab edirəm ki, əsas problemlər siyasi sistemin inkişafıyla bağlı öz düşüncələrimizi müzakirə etməkdir”.

Görüşdə iştirak edən “Həmrəylik” hərakatının həmsədri, müxalif lider Boris Nemtsov Dmitri Medvedevlə aparılan müzakirələri müsbət dəyərləndirib. O, prezidentdə 37 siyasi məhbusun adı salındığı siyahı təqdim etdiyini və onların azadlığa buraxılması təklifini irəli sürdüyünü deyib. Müxalif lider bildirib ki, Medvedevin mövqeyində yümşalma hiss olunur:“Onun təklifləri necə dəyərləndirəcəyiylə bağlı konkret bir fikir spyləyə bilmərəm. Lakin Medvedev sanki bağışlanmağa can atırdı”.

İnformasiya şöbəsi