Kağız-kuğuza sərf olunan milyonlar

Xarici İşlər Nazirliyi 26 min, Təhsil Nazirliyi 3.2 milyon manat xərcləyib

“Azadlıq” radiosu Satınalmalar üzrə Dövlət Agentliyinin müxtəlif dövlət qurumlarının 2011-ci ildə elan etdikləri tenderlər haqqında növbəti məlumatları təqdim edib. Bu dəfəki məlumat hökumət qurumlarının 2011-ci ildə dəftərxana mallarının alınmasına dövlət büdcəsindən aldıqları pullarla bağlıdır.

Təhsil Nazirliyi –  3 267 757 manat

Ali məktəblərin bir neçəsinin ötənilki dəftərxana xərcləri bu şəkildə olub:
Sumqayıt Dövlət Universiteti – 201 722 manat
Neft Akademiyası – 193 615 manat
Mədəniyyət və Incəsənət Universiteti – 67 010 manat
Azərbaycan Dövlət Pedaqoji Universiteti – 49 678 manat
Bakı Slavyan Universiteti – 40 500 manat
Dillər Universiteti – 36 909 manat
Gəncə Dövlət Universiteti – 26 537 manat
Azərbaycan Texnologiya Universiteti – 9 900 manat
Göründüyü kimi, Sumqayıt Dövlət Universiteti dəftərxana xərclərinə başqalarından bir neçə dəfə çox xərcləyib. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində təxminən 7 min tələbə təhsil alır, bu universitet dəftərxanaya 49678 manat xərcləyib. Amma tələbələrinin sayı bundan iki dəfə az olan – təxminən 3500 tələbənin təhsil aldığı Sumqayıt Dövlət Universiteti dövlət büdcəsindən dəftərxanaya 201 722 manat xərcləyib.
Səhiyyə Nazirliyi –  2 415 000 manat

Amma bir universitetdən daha çox dəftərxana ləvazimatları işlətmiş rayon xəstəxanası var. Bu, Göyçay rayon Mərkəzi Xəstəxanasıdır. Həmin xəstəxana 2011-ci ildə dəftərxanaya 269 873 manat xərcləyib.
Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxana, idarə və institutlar 2011-ci ildə dəftərxana və təsərrüfat malları xərcləri aşağıdakı kimi olub:
Səhiyyə Nazirliyi – 36 440 manat, Pernital Mərkəz – 38 200 manat
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi – 120 000 manat
Ucar rayon Mərkəzi Xəstəxanası – 97 472 manat,
Milli Onkologiya Mərkəzi – 48 753 manatlıq dəftərxana ləvazimatı alıb.
Mədəniyyət və Turizm Nazirliyi – 672 585 manat
Mədəniyyət və Turizm Nazirliyinin ayrı-ayrı idarələrində dəftərxana xərcləri belədir: Bərdə rayon şöbəsi – 140 000 manat
Hacıqabul rayon şöbəsi – 28 683 manat,
Gədəbəy rayon şöbəsi – 49 000 manat,
Qubadlı rayon şöbəsi – 26 050
Sumqayıt şəhər şöbəsi – 45 853
M.F.Axundov adına kitabxana – 26 430 manat
Daxili Işlər Nazirliyi – 302 185 manat
Nazirliyin özü – 6 8411 manat,
Bakı Baş Polis Idarəsi – 34 999 manat,
Baş Mühafizə Idarəsi – 29 920 manat.

Satınalmalar üzrə Dövlət Agentliyinin saytında verilən tenderlərə dair məlumatda bütün nazirliklər üzrə dəftərxana xərcləri aşağıdakı kimidir:

Təhsil Nazirliyi – 3 267 757 manat
Səhiyyə Nazirliyi – 2 415 000 manat
Mədəniyyət və Turizm Nazirliyi – 672 585 manat
Vergilər Nazirliyi – 319 383 manat
Daxili Işlər Nazirliyi – 302 185 manat
Ədliyyə Nazirliyi – 295 116 manat
Fövqəladə Hallar Nazirliyi – 227 166 manat
Müdafiə Nazirliyi – 178 060 manat
Kənd Təsərrüfatı Nazirliyi – 162 904 manat
Iqtisadi Inkişaf Nazirliyi – 95 776 manat
Müdafiə Sənayesi Nazirliyi – 85 428 manat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 56 402 manat
Nəqliyyat Nazirliyi – 53 539 manat
Maliyyə Nazirliyi – 30 480 manat