
NATO əsgərlərinin Quranın surətlərini yandırması xəbəri yayılandan sonra yüzlərlə əfqanıstanlı Kabul şəhərində etiraz nümayişinə çıxıb. Nümayişçilər “Allahu əkbər” qışqıraraq ABŞ-ın Bəhramdakı hərbi hava bazasını daşa basıb, yandırıcı maddələrlə dolu şüşələr atıblar. Əfqanıstanda Amerika qüvvələrinin komandanı Con Alen məsələ ilə bağlı üzr istəyib. “Bu cür hərəkətlər haqqında bizə məlumat veriləndə, dərhal hərəkət etdik və bunun qarşısını aldıq. Biz hadisənin necə baş verməsini diqqətlə öyrənirik. Sizi əmin edirəm ki, bu gözlənilmədən baş verib”.
Əfqanıstan da bu cür etirazlar əvvəllər də olub. Keçən il Florida ştatının keşişi Quranı yandıranda Əfqanıstanda meydana gələn iğtişaşlar zamanı 10 BMT nümayəndəsi öldürülmüşdü.
İnformasiya şöbəsi


