Almaniyanın xarici işlər naziri Bakıya gəlir

Almaniyanın xarici işlər naziri Qido Vestervellenin gələn ay Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana gələcəyi gözlənilir.

Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.