“Binə”də yanğın olub

“Binə” Ticarət Mərkəzində yanğın olub. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib. Hadisə ötən gecə ticarət mərkəzinin ayaqqabı satışı mağazasında meydana gəlib. Hadisə yerinə gələn yanğınsöndürənlər tezliklə yanğının qarşısını ala bilib. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.