Nabukko proyektini həyata keçirən şirkətlər konsorsiomu qaz kəmərinin gücünün azaldılması imkanlarına baxacaq.
Bu haqda The Wall Street Journal yazır. 3900 km uzunluğunda olan kəmər layihəsi Orta Asiya ilə Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstanı birləşdirəcək. Kəmərin qaz ötürmə gücü isə 31 milyard kubmetr təşkil etməlidir. Rəsmi açıqlama olmasa da, yeni təklifə əsasənin Nabukkonun gücü iki dəfə azaldılacaq. Kəmər ancaq Bolqarıstan və Avstriya arasından keçəcək. Qəzetin yazdığına görə konsorsium kəmərin ilkn layihısindən hələ ki, imtina etməyib. Layihənin gerçəkləməsində ən böyük problem kəməri dolduracaq yetərincə qazın tapılmamasıdır. Bu səbəbdən keçən ilinin oktyabrında qazın ilkin daşınma müddəti 2017-ci ildən 2018-ə keçirilmişdi.
İnformasiya Şöbəsi


