“Google translate” tərcümə saytı “erməniləri sevirəm” cümləsini ingiliscəyə “I love Turkey” kimi çevirib
Fevralın 18-də virtual aləmdə ermənilər qəribə bir sürprizlə üzləşib. Sürprizi yaşadan isə “Google”nin online tərcümə xidməti “google translate” olub. Beləki tərcümə saytında ermənicə “erməniləri sevirəm” yazıb ingiliscəyə çevirmək istəyənlərin qarşısına “I love Turkey” (“Türkiyəni sevirəm”) cümləsi çıxıb. Ermənilərlə bağlı xəbərlər verən “Armenian Weekly” adlı internet saytında yer alan məlumata görə, “Google”nin tərcümə xidmətində yaşanan bu vəziyyəti ilk aşkarlayan Livanlı fəal Seruj Baqdasaryan olub. Baqdasaryan dərhal erməni ictimaiyyətini hərəkətə gətirib. Dünyanın müxtəlif yerlərində yaşayan ermənilər “Google” tərcümə xidmətinə daxil olaraq test aparıb. Xəbər doğru çıxıb. Beynəlxalq erməni ictimaiyyətinin etirazlarından sonra “Google” vəziyyətə müdaxilə edib və yanlışlığı ortadan qaldırıb. Bununla belə, indi belə bir suala cavab istənilir ki, tərcümə saytına kim və ya kimlər, necə müdaxilə edə bilib və buna bənzər neçə cümlə üçün belə bir sistem qurulub.
“Google” mövzu ilə bağlı hər hansı şərh verməyib.
Amerikada yaşayan ermənilər “Google”, “Apple” və “Microsoft”u erməni əleyhdarı olmaqla günahlandırır.