
Fars körfəzində İrana məxsus gəmidə yanğın baş verib. Yanğın zamanı bölgədə çəkiliş aparan İran Dövlət Televiziyasının əməkdaşları dərhal gəmi heyətinə yardım etməyə tələsib. Televiziya işçiləri gəmi heyətinin 9 üzvünü özlərinin kiçik qayığına yerləşdirə biliblər.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. İRİB xəbər agentliyinin verdiyi məlumata görə, gəmi Dubaydan İranın Bəndər Abbas limanına yanacaq daşıyırmış (ans press).


