Rus saytları Xəzərdə “Bürc-Xəlifə” layihəsini məsxərəyə qoydu (VIDEO)
Azərbaycanda Xəzər dənizində süni adada tikiləcək dünyanın ən böyük binası Rusiya mətbuatında məsxərə mövzusu olub. “Vesti”, “Qudok”, “Biznes stil” qəzet və portalları dünyanın ən hündür binası Bürc-Xəlifədən (828 m, 163sm) sonra 1050 metrlik göydələnin ucaldılmasını fantastik, həm də milyardların çölə atılması kimi xarakterizə ediblər.
“Biznes stil”in yazdığına görə, 2 min hektar ərazidə yaradılacaq 41 süni ada sonradan ekoloji problemlər də yarada bilər. Şirkətin baş investoru “Avesta Consern” açıqlayıb ki, göydələnin tikintisinə 2 milyard dollar ayrılacaq. Bütün şəhərcik isə ilkin hesablamalara görə 100 milyard dollara başa gələcək.
Rus portallarının yazdığına görə, konsern bu arxipelaqda hətta universitet açmaq istəyir. “Formula-1“ yarışları keçirmək üçün trek də tikmək niyyətindədir. Arxipelaqın aeroportu da olacaq. Ruslar cəmi 40 km aralıda yerləşən beynəlxalq aeroportdan sonra bu aeroportun nəyə lazım olduğunu anlaya bilmədiklərini də qeyd edirlər. Bu arada məlum olub ki, Səudiyyə Ərəbistanı Azərbaycanı qabaqlamaq istəyir.
Ərəb şeyxləri 2019-2022-ci ilədək “bizim göydələn”dən 11 metr hündürünü tikməyi planlaşdırırlar. Görək, Azərbaycan “planka”nı neçə metr qaldırmaq fikrindədir”
Mürsəl