Zeynal Bağırzadənin məhkəməsi başladı

Fevralın 17-də AXCP fəalı Zeynal Bağırzadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.  Bu haqda onun qardaşı, AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy məlumat verib. Y.Bağırsoy bildirib ki,  Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qardaşı bir neçə vəsatət qaldırıb.
Z.Bağırzadə ona qarşı irəli sürülən ittihamın saxta olduğunu deyərək cinayət işinə xitam verilməsini, prosessual normaları pozduğuna görə prokurorluğun müstəntiqi İlqar Əsgərov barəsində qərar çıxarılmasını istəyib.  O, həmçinin prosesdə videoçəkilişə icazə verilməsi və səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilməsi barədə vəsatətlər irəli sürüb.
İlk 2 vəsatət qəbul edilməyib. Qalan vəsatətlərə baxılması isə növbəti prosesə saxlanıb. Proses fevralın 20-də davam edəcək.

HƏMÇİNİN BAX:

Naxçıvan cəbhəçisi türmədə iflic olub