Misir prezidentliyinə iddialı qadın

Misirdə prezidentlik kürsüsünə ilk dəfə qadın namizəd iddia edəcək. Bu məhşur teleaparıcı və ictimai xadim Buseyna Kameldir.

Kamel namizəd olacağı xəbərini Port-Səiddə inqilabi gəncliyin mitinqində çıxış edərkən bildirib. Telejurnalist çıxışında ordu rəhbərliyini də tənqid edib. Belə mövqe Misir gəncliyi arasında çox populyardır. Kamelin namizədliyini bir neçə həmkarlar təşkilatı, qadın təşkilatları və gənclərin bir hissəsi dəstəkləyir. Prezident olmaq üçün o namizəd kimi qeyddiyyatdan keçməli, Misir vətəndaşlarının nüfuzunu qazanmalıdır. Xatırladaq ki, Misirdə prezident seçkilərin bu il iyunun sonunda keçiriləcək.

azadliq.info