Sumqayıtda sərnişin avtobusu ilə “KİA” toqquşdu: yaralılar var
Hadisə 45-ci məhəllədə baş verib
Bu gün saat 12:30 radələrində Sumqayıt şəhərində 32 saylı sərnişin avtobusu ilə “KİA” markalı minik maşını toqquşub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 45-ci məhəllədə qeydə alınan avtobus ilə minik maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə hadisənin olmasını təsdiqləsələr də, hələlik yaralılar barədə məlumat olmadığı bildirilib.


