Hollandiya şahzadəsi qar uçqunu altında qaldı

Hollandiya taxtının 2-ci vəliəhdi şahzadə İophan Frizo Avstriyada qar uçqununun altında qalıb. ANS PRESS “NTV” kanalının internet saytına istinadən xəbər verir ki, 15 dəqiqə ərzində uçqunun altından xilas edilərək xəstəxanaya çatdırılan şahzadənin vəziyyəti ciddidir. Məlumata görə, ailəsi ilə birlikdə dincəlmək üçün Avstriyada olan şahzadənin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir.