Paytaxt polisi silahlı şəxsləri həbs edib
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, Hacı Əliyevdən sandıqçasında 3 ədəd patronu olan “Makarov” tipli tapança aşkar edərək götürüblər.
Yasamal Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Seymur Zeynalovdan sandıqçasında 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma apaırlır.


