
DİN qətllə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakıda qadının mənzilində amansızlıqla öldürülməsi faktı ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 17-də saat 19.00 radələrində Binəqədi rayonu ərazisində yaşayan Elmira İsmayılova öz mənzilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib, mənzilin mətbəxi isə yandırılıb. Nəticədə mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri isə Binəqədi RPİ tərəfindən aparılır.
APA-nın xəbərinə görə, qətlə yetirilən 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır
***
Bakıda 74 yaşlı qadını öldürüb evini yandırdılar
Azərbaycan paytaxtında xüsusi amansızlıqla qətl törədilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.
İlkin ehtimala görə, qətl qarət məqsədi ilə törədilib. Lakin hadisənin motivi hələlik məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


