“Eurovision”un Bakıda keçirilməsi “Diktatorun karnavalı” adlandırıldı
Almaniyanın nüfuzlu media orqanları Əliyevlər hakimiyyətini mafioz struktura bənzətdilər
Avropanın ən populyar musiqi yarışması “Eurovision” yaxınlaşdıqca festivala bu il ev sahibliyi edəcək ölkəmizlə bağlı dünyanın nüfuzlu media quruluşlarında silsilə məqalələrin yayımı davam edir.
Bundan öncə “The Guradian”, “Der Spiegel” kimi qəzetlərində Azərbaycanın yarışmaya hazırlığı və ölkəmizin ictimai-siyasi həyatı haqda məqalələr dərc olunnmuşdu. Həmin məqalələrdə Azərbaycanda insan haqları və soz azadlığının məhdudlaşdırılması, siyasi fəalların əsassız ittihamlara həbsdə saxlanılması və İlham Əliyev hakimiyyətinin avtoritar idaərçilik üsulu xüsusi qabardılıb.
Ötən gün Almaniyanın “N-TV” kanalının əməkdaşı Hubert Volmerin Azərbaycanla bağlı reportajı yayımlanıb. Müəllif ölkəmizin yarışmaya hazırlığıyla yanaşı insan haqları və söz azalığının məhdudlaşırılmasına, korrupsiya hallarınına görə Azərbaycan hakimiyyətinin sərt tənqidinə də geniş yer ayırıb. Reportajı kiçik ixtisarla təqdim edirik:
Reportajın orijinalı üçün bura bax
Azərbaycan “Eurovision” yarışmasına ev sahibliyi etməyə hazırlaşır. Ölkə paytaxtını Qərbə və buraya gələn qonaqlara müasir göstərmək istəyir. Bunun üçün Bakıya 500 ədəd London taksiləri gətirilib. Əlavə 500 taksi isə martın əvvəllərində paytaxta çatdırılacaq. Artıq taksi sahibləri yeni maşınları idarə edəcək sürücülərın axtarışına başlayıb. Köhnə taksilərin sürücüləri isə buna etiraz edirlər.
“Azərbaycanda söz azadlığı yoxdur”
“Eurovision-2011”in qalibi Azərbaycanın paytaxtında yarışmanın bu il keçiriləcəyi məkan kimi Bayraq Meydanına yaxınlıqda “Crystal Hall” kompleksi inşa olunur. Tikinti işlərinin keçirildiyi ərazilərdə yaşayan insanlar öz evlərindən çıxarılıblar. Onlara kifayət qədər kompensasiyanın ödənilməməsi mülk sahiblərinin ciddi etirazına səbəb olub. Ötənilki qələbə Avropanın Azərbaycana diqqətini daha da artırdı. Bu ölkənin ictimai-siyasi həyatında, söz və fikir azadlığı sahəsində ciddi problemləri var. “The Amnesty İnternational”ın eksperti Tim Şreder deyir ki, Azərbaycanda azad mətbuatın fəaliyyəti məhdudlaşdırılır. Orada söz azadlığı yoxdur. Hazırda ölkədə 16 siyasi məhbus həbsxana həyatı yaşayır.
“Azərbaycanın getdiyi yol Qərbdən çox uzaqdır”
Azərbaycan coğrafi cəhətdən Rusiya, Gürcüstan, İran və torpaqlarını işğal edən Ermənistanın arasında yerləşir. Hakimiyyətdəki postkommunist partiya Yeni Azərbaycanın deputatı Səməd Seyidov deyir: “Bizim şərq mentalitetimiz var. Bununla yanaşı Qərb və Avropa dəyərləri ilə getməyi qarşımıza məqsəd qoymuşuq”. Lakin Azərbaycanın getdiyi yol Qərbdən çox uzaqdır. Qərb dəyərlərinə uyğun azad seçkilər yoxdur. Azərbaycana keçmiş kommunist rəhbər Heydər Əliyevin oğlu İlham Əliyev başçılıq edir. Heydər Əliyev də Azərbaycanın rəhbəri olub. O, hazırda “ümumilli lider” adlandırılır.
Oğul Əliyev 2003-cü ildən hakimiyyətdədir. Qərb ölkələri, beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri və yerli ictimai fəallar onun hakimiyyətini sərt tənqid edir. Tim Şreder deyir ki, İlham Əliyevin hakimiyyətini tənqid edənlər fiziki və mənəvi repressiyalarla üzləşməli olurlar. Rəsmi mətbuatda yerli hüquq müdafiəçiləri və ictimai fəallar ölkənin imicini ləkələməkdə ittiham olunur. Bir neçə gün öncə hakim partiyanın orqanı olan “Yeni Azərbaycan” qəzetində rejimi tənqid edənlər ermənilər və anti-Azərbaycan dairələriylə əməkdaşlıqda günahlandırılıblar.
Müxalif fəalların zərərsizləşdirilməsinin iki üsulu
“Amnesty İnternational”ın rəsmisi Tim Şrederin sözlərinə görə, hazırda Azərbaycanda 2 tip repressiya var. Birincisi, hakimiyyətin tənqidinə yer ayıran müstəqil media total basqı altındadır. Elektron media, radio və qəzetlər ciddi nəzarətdədir. İkincisi, rejimə müxalif olanlar və hakimiyyəti tənqid edən insanlar təqib olunur, zorakılıqlarla üzləşir. Onlar uydurma ittihamlar və böhtanlarla həbs edilir, narkotik maddələrin istifadəçisi kimi həbsxana həyatı yaşayamalı olurlar.
Şreder “Eurovision” yarışmasının bir şans oluduğunu düşünür. Çünki yarışma öncəsi beynəlxlaq diqqət bu ölkəyə yönəlib: “Artıq siyasi məhbuslardan bəziləri azad olunub. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə fikirlər söylədiyinə görə həbs olunan gənc fəal Cabbar Savalanlı azadlığa buraxılıb. Biz heasb edir ki, hakimiyyət ona ünvanlanan tənqidlərin yumşalması üçün bu addımı atıb”.
Yerli hüquq müdaifəçiləri də yarışmanın müsbət dəyişikliklər üçün bir şans olduğunu düşünür. Hüquq müdafiəçisi Rəsul Cəfərov Almaniya ombudsmanı Markus Löninqin yarışmada iştirak edəcək almaniyalı heyətin üzvlərinə müraciətini alqışlayır. Löninq Bakıya yollanacaq Almaniya nümayəndə heyətinə Azərbaycandakı siyasi fəalların şəkillərinin əks olunduğu köynəklər geyməyi təklif edib. Hərçənd, bunun baş verəcəyi məlum deyil.
Ötən ilin oktyabrında Azərbaycan xarici qonaqlar və yarışma iştirakçılarının söz azadlığı, azad fikir söyləmək hüquqlarının tanınacağına zəmanət verdi. Diqqət yetirin, bu hüquq yalnız xaricilər üçün nəzərdə tutulub.
“Bakıdakı mafioz strukturlar neft pullarını qaranlıq kanallarla mənimsəyir”
Bakıda baş tutacaq yarışmanın keçiriləcəyi “Crystal Hall” almaniyalı memarın layihəsi əsasında tikilir. Bu bina mart ayına qədər hazır olmalıdır. Bu Azərbaycan rəhbərinin gizli “şəxsi istəyidir”. Azərbaycan yarışmanın təşkilinə külli miqdarda pul xərcləyir. Ölkənin çoxlu neft və qazı var. Təbii ehtiyatlardan dövlət büdcəsinə külli miqdarda valyuta daxil olur. “Amnesty İnternational”ın rəmisi Tim Şreder deyir ki, ölkəyə gələn pullar qaranlıq kanallara axır və xalqa xeyri olmur. Faktiki olaraq bu, mafioz strukturların fəaliyyətini xatırladır.
“Transparency İnternational”ın hesabatında Azərbaycan korrupsiyanın səviyyəsinə görə, 143-cü yerdə dayanır. Keçmiş sovet ölkəsinin paytaxtında mafioz strukturlar təbii ehtiyatlardan gələn gəliləri mənimsəyir.
Əliyevlərə eyni gündə ikinci sillə “Şpigel”dən gəldi
“Spigel”in yazısı üçün bura bax
Almaniyanın və Avropanın ən tirajlı dərgilərindən biri “Der Spiegel”də yayımlanan məqalədə isə Azərbaycanda keçiriləcək “Eurovision” yarışması “Diktatorun karnavalı” kimi təqdim olunub. Ştefan Niqqemayerin qələmə aldığı məqalədə ölkəmizin yarışmaya hazırlığı və Azərbaycan hakimiyyətinin avtoritar idarəçilik sistemi sərt tənqid edilib. Müəllif Azərbaycanda insan haqları sahəsindəki acınacaqlı vəziyyəti nəzərə almaq istəmədiyi üçün Avropa Yayım Şurasını da qınayıb. “Eurovision” və insan haqları” başlıqlı məqalədə deyilir:
“Diktatorun karnavalı?”
Fırıldaqçıların qonağı olmaq? Diktatorun karnavalı? Azərbaycan avtoritar ölkə hesab olunur. Lakin “Eurovision” yarışmasının rəsmiləri bu haqda az bilmək və az eşitmək istəyirlər. Yarışmanın alman əsilli rəsmisi Azərbaycanda insa haqlarının durumuna görə narahatlıq keçirən Şimali Almaniya radiosunun haqlı tənqidlərilə üzləşir. Yarışmanın alman rəhbəri Tomas Şreyberin şəxsi yanaşması var. Bu şəxsi maraqlar demək olar ki Azərbaycana yaxındır. Təbii ki, siyasi mənada. Şreyber deyir: “Əgər Belarus yarışmada qalib gələrsə mən Almaniya təmsilçilərinin diktatorluğun hökm sürdüyü ölkədə “Eurovision” yarışmasında iştirakı məsələsini qaldırmalı olacam”. Bu, təqdirəlayiqdir. Avropa Yayım Şurası bildirmişdi ki, “Eurovision” Franko diktaturası illərində İspaniyada da keçirilib. İndi elə durum yaranıb ki, yarışmanın 30-cu illərin ortalarında keçirilməməsinə sevinmək gərəkir.
Mafioz struktur, avtoriar rejim və …
Belarusda söz azadlığı və insan haqlarının müdafiəsinə qalxanlar Azərbaycanı diqqətdən kənarda saxlamamalıdılar, bu ölkədə baş verənləri görməlidilər. “Sərhədsiz Reportyorlar”ın hazırladığı hesabatda Azərbaycan media azadlığının səviyyəsinə görə, 178 ölkə arasında 152-ci yerdə dayanır. “The Amnesty İnternational” Azərbaycandakı avtoritar rejimi fikir azadlığını boğmaqda ittiham edir. “WikiLeaks” saytının açıqladığı gizli yazışmalarda ABŞ səfirliyinin əməkdaşları Azərbaycandakı İlham Əliyev rejimini mafioz strukturlara bənzədib.
Bütün avropalı təşkilatçılar bu ölkədə baş verənləri müdafiə etməklə məşğuldur. Onlar hətta rejimi müdafiə edənləri belə qoruyurlar. Bakının mərkəzində evlərindən zorla köçürülən insanların etirazlarına elə yanaşırlar ki, sanki bu baş verməliymiş. Avropa Yayım Şurası heçnə olmamış kimi açıqlama verir: “Azərbaycan hakimiyyəti məsuliyyətini dərk edir. Bakının yarışma öncəsi və yarışmanın keçiriləcəyi günlərdə bütün standartlara cavab verməsi üçün çalışır. Buna görə də yarışma ölkənin inkişafı üçün təkan ola bilər”.
Yarışma Azərbaycanda nəyə xidmət edəcək?
Doğrudur, Azərbaycan Avropanın diqqətini cəlb etmək üçün yarışmada qalib gəlib. Bu diqqət yalnız özünüifadə üçün istifadə olunmamalıdır. Həm də tənqidi jurnalistika üçün də şans olmalıdır. Ölkə bu ərəfələrdə müasir və bütün dünyaya açıq olmaq üçün cəhd göstərməli idi. Qeyri adi də olsa mümkün olmayan şeyləri mümkün etmək olardı.
Belə halda sual yaranır: Yarışma Azərbaycanda müsbət dəyişikliklərə təkan verəcək, yoxsa avtortar rejimin dəyişikliklər illüziyasını oynamağa kömək edəcək?
Artıq Azərbaycanda yarışmanın boykot edilməsi müzakirə olunmur. İndi yerli hüquq müdafiəçiləri və müxaliflər yarışmanı pozmaq yox, ondan öz məqsədləri üçün istifadə etməyə razılaşıblar. Onlar “Sing for democracy” adlı festival keçirməklə şəhərin qonaqlarının diqqətini cəlb etmək istəyirlər.
***
Orijinala baxmaq üçün daxil ol
Qeyd edək ki, Alman dalğası radiosunda da Azərbaycanın “Eurovision” yarışması və ölkəmizin ictimai-siyasi həyatı haqda geniş reportaj hazırlanıb. Reportajda “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılovanın müsahibəsinə yer verilib.
Siyasət şöbəsi