«Əgər Qərb Iranı işğal etməyə nail olarsa, Rusiya əleyhinə geniş cəbhə açılacaq»
Nüvə proqramıyla bağlı Qərbin sərt təzyiqlərilə üzləşən Iran vəziyyətdən çıxmaq və özünə dəstək qazanmaq üçün hədə-şantaj kartından istifadə edir. Iranın Rusiyadakı səfiri Mahmud Rza Səcadi maraqlı bəyanatla çıxış edib. Diplomat bildirib ki, əgər Qərb Iranı işğal etməyə nail olarsa, o halda, Rusiya əleyhinə geniş cəbhə açılacaq.
Mahmud Rza Səcadinin sözlərinə görə, Iranın Rusiyanı cənubdan qoruduğu sirr deyil. Diplomat ölkəsinin istənilən hərbi zərbəyə cavab verməyə hazır olduğunu da bəyan edib. Mahmud Rza Səcadi Tehranın enerji istehsalı məqsədilə nüvə proqramı həyata keçirdiyini də xatırladıb.