Azərbaycan hökuməti «Eurovision-2012» müsabiqəsi keçiriləcək ərazidə sonuncu binaları da dağıtmaqla sakinləri məcburi yolla çıxarmağa başlayıb. Bu barədə «Human Rights Watch» beynəlxalq hüquq-müdafiə təşkilatının yaydığı bəyanatda deyilir. Təşkilat bildirir ki, Azərbaycan hökuməti Bakı şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanuniliyini araşdırmalı, sakinlərə adekvat kompensasiya ödəməlidir.
«Eurovision» müsabiqəsinə ev sahibliyi Azərbaycan hökumətinə Bakını minlərlə turist və milyonlarla tamaşaçıya nümayiş etdirmək imkanı verir. Lakin yüzlərlə sakinin zorla evindən çıxarılması bu tədbirə kölgə salır», – deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Willamson bildirib.
Məlumatı “Azadlıq” radiosu yayıb.
“İnsanların zorla evindən çıxarılması “Eurovision”a kölgə salır”
•


