Medvedev rus müxalifətinin radikal üzvləri ilə görüşəcək

20 fevral tarixində Rusiya prezidenti Dmitriy Medvedev parlamentdə təmsil olunmayan müxalifət nümayəndələri ilə görüşəcək.

Dəvət olunanlar arasında rus müxalifətinin Boris Nemsov, Vladimir Rıjkov, Serqey Udalsov kimi məhşur simaları var. Bu haqda “Komersant” qəzeti yazır. Məlumata görə müxalifət liderləri dövlət başçısı ilə partiya qanunvericiliyi və onun islahatı ilə bağlı məsələləri müzakirə edəcəklər. Cəmiyyəti düşündürən əsas sual isə Medvedevin müxalifətlə dialoq yarada bilib-bilməyəcəyidir.

azadliq.info