ABŞ təhlükəsinə qarşı İran-Pakistan ittifaqı

Amerika hərbi zərbələr endirəcəyi halda İslamabad İrana dəstək verəcək. Bu haqdaPakistan prezidenti Asif Əli Zərdari bildirib. Pakistan, Əfqanıstan və İran liderlərinin İslamabadda keçirilən mətbuat konfransından sonra İran telekanalı Press-TV bildirmişdi ki, Zərdari xaricdən basqı olsa belə İranla əlaqələrinin zəifləməsinə imkan verməyəcək. Pakistan prezidenti əmin edib ki, İranla münaqişə ehtimalında Vaşinqtona heç bir kömək göstərməyəcək.