İran İsrailin müdafiə nazirini öldürmək istəyib

Ehud Barakın avtomobilinə yerləşdirilmiş partlayıcı son anda zərərsizləşdirilib

İsrail müdafiə naziri Ehud Barak və Müdafiə Nazirliyinin baş direktoru Udi Şani Sinqapurda səfərdə olarkən son anda ölümdən qurtulublar. “mignews.com” saytının xəbərinə görə, dünya aviaşousunda iştirak etmək üçün Sinqapurda olan Ehud Barak və Udi Şaniyə ayrılmış avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğu partlamadan öncə Sinqapur xüsusi xidmət orqanları tərəfindən aşkarlanaraq zərərsizləşdirilib.

Sinqapur xüsusi xidmət orqanları terror aktı törətməyə cəhd göstərməkdə şübhəli sayılan 3 nəfəri saxlayıb. İsrail mətbuatı həmin şəxslərin İran xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu yazıb. Küveytdə yayımlanan “Al Jareda” xəbər saytı da saxlanılanların İran kəşfiyyatıyla əlaqəli olma ehtimalını bildirib.

İnformasiya şöbəsi