Bakıda gəmi partladı; 4 nəfər öldü (VİDEO)

Fövqəladə Hallar Nazirliyi gəmidəki patrlayışla bağlı məlumat yayıb. Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib.İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Bu gün Xəzər dənizinin Azərbaycan sahillərində balıqçı gəmisi partlayıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Xəzər dənizinin Bakının Xətai rayonu ərazisinə düşən sahilində balıqçı gəmisində güclü partlayış olub.

Nəticədə gəmidə olan 3 nəfər hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları nümayəndələri yollanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Lent.az-a verilən digər məlumata görə, hadisə Zığ şosesi, 57-ci quru yük limanı adlanan ərazidə, “Nargilə” kafesinin arxa hissəsində baş verib. Hadisə yerinə Bakı şəhər Prokuroru Əziz Seyidov, Su nəqliyyatında Baş Polis İdarəsinin rəisi polkovnik Naib Əkbərov, Xətai RPİ-nin rəisi, həmçinin rayon prokuroru və digər rəhbər şəxslər yollanıb.

***

Zığ limanında gəmiqayırma zavodunda partlayış baş verib, dörd nəfər ölüb. Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, partlayış təmirə dayanan gəmilərdən birində baş verib.

İlkin ehtimala görə, partlayış qaynaq işləri aparılarkən baş verib. Belə ki, partlayış qaynaq işlərinin aparılması üçün istifadə olunan qaz balonlarından sızma nəticəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.

Azərbaycan Dövlət Dəniz Administrasiyası Trend-ə faktı təsdiqləyib