Almaniyada şəriət qanunları ilə hökm veriləcək?

Almaniya KİV-in məlumatına görə tezliklə ölkənin məhəkəmə hakimlərini İran və Səudiyyə Ərəbistanına praktikaya göndərə bilərlər. Belə bir təkliflə Reynland-Pfals torpaqlarının ədliyyə naziri çıxış edib. Onun fikrinə görə, arbitraj məhkəmələrində şəriət uğurla tətbiq edilə bilər. Misal üçün, müsəlman icma və təşkilatları idman və ticarət sahəsində baş varən mübahisələri bu yolla öz aralarında həll edə bilərlər. “Əlbəttə, alman siyasətçilərinin daşlanaraq öldürülməsi praktikası tətbiq olunmayacaq. Çox mədəniyyətli cəmiyyətin üzvləri buna göz yuma bilməz. Bu təklif Almaniyada elə də böyük səs-küy yaratmayıb. Əksinə Reynland-Pfalsın baş naziri təklifi dəstəkləyib”, – deyə yerli KİV yazır.

Belə praktika hal-hazırda bir neçə Avropa ölkəsində mövcuddur. İngiltərədə şəriət məhkəmələri 1982-ci ildən işləyir. Hollandiyada ölkə qanunları ilə ziddiyət təşkil etməyən şəriət normalarının tətbiqinə icazə verilir. Keçən il Belçikada da ilk şəriət məhkəməsi açılıb. Hələki məhkəmə ancaq mülki işlərə baxır.