Duayt Eyzenhauer onlarla hərbi bazada fikrən təmaslar qurub
ABŞ-ın mərhum prezidenti Duayt Eyzenhauer dövlət başçısı postunda olarkən hərbi bazalarda üç dəfə yadplanetlilərlə görüşüb və onlarla fikrən təmaslar qurub.
“BBC 2”nin yaydığı məlumata görə, bunu ABŞ Konqresi və Pentaqonun sabiq müşaviri, britaniyalı ufoloq və yazıçı Timoti Qud söyləyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatların 34-cü prezidentinin yadplanetlilərlə üç görüşü 1954-cü ildə Nyu-Meksikodakı hərbi bazada olub. Görüşlər telepatik məlumatlar əsasında baş tutub:“Əfsuslar olsun ki, belə görüşlərin sübutları qalmayıb. Lakin əminəm ki, Federal Təhqiqat Bürosunun vasitəçiliyi ilə Eyzenhauer hətta Holloman hərbi-hava bazasında planetlərarası sammit də təşkil etmişdi. Həmin hadisənin çoxlu şahidləri vardı”.
Hələ 2010-cu ildə Nyu-Hempşir ştatından olan konqresmen Henri Makelroy videomüraciət hazırlayaraq Eyzenhauerə verilmək üçün nəzərdə tutulmuş məxfi hesabatı gördüyünü deyib. Həmin sənəddə ABŞ-a yadplanetlilərin gəldiyi və prezidentin onlarla görüşə biləcəyi yazılmışdı.
İnformasiya şöbəsi