Bəşər Əsəd isə kürdlərin dəstəyini də itirdi
Suriyada gün keçdikcə Bəşər Əsəd rejimi tərəfdarlarını itirir. Suriya diktatorunun şantaj kimi istifadə etdiyi ölkənin kürd əsilli vətəndaşları da Əsəd rejiminə arxa çevirdi. Suriyalı Kürd Gənclər Heyətinin baş katibi Ibrahim Murad bəyan edib ki, bundan sonra tək hədəfləri Bəşər Əsəd rejimini devirməkdir. Ibrahim Murad Suriya hakimiyyətinin dinc vətəndaşların qanını içdiyini deyib.
BMT-nin insan haqları üzrə komissarı Navi Pillay bildirib ki, Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qəti qərar verməməsi Bəşər Əsəd rejimini müxaliflərə qarşı hücumları artırmağa cəsarətləndirir. Pilay Suriya təhlükəsizlik qüvvələrinin 11 ay ərzində 5400 adam öldürdüyünü bildirib.
ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun amerikalı həmkarı Hillari Klintonla görüəündə Suriya məsələsi gündəmin əsas mövzusu olub.
Görüədən sonra birgə mətbuat konfransında Hillari Klinton Suriya xalqının yanında olduqlarını bir daha bəyan edib: “Əsəd rejimi zorakılığı artırıb. Əsəd rejiminin dinc xalqa qarşı güc tətbiq etdiyini bilirik. Suriya xalqının yanındayıq. Ərəb Ölkələri Liqasının, Avropa Birliyinin Suriyaya dair təşəbbüslərini dəstəkləyirik. Suriyada münaqişənin həlli yolunu tapmaq üçün Türkiyə ilə öz üzərimizə öhdəlik götürməyə hazırıq. Suriyaya təcili tibbi yardımın çatdırılması üçün təşəbbüs göstərəcəyik. Suriya xalqının demokratik gələcəyə haqqı var. Heç kim Suriyada vətəndaş müharibəsi görmək istəmir”.
Davudoğlu da Klintonun mövqeyini bölüşdüyünü deyib: “Demokratik bir mədəniyyətə sahib olmaq Suriya xalqının haqqıdır. Zorakılıq halları başlamamıədan əvvəl də xalq demokratiya istəyirdi. Bu gün Suriyada çox böyük insanlıq faciəsi yaşanır. Ərəb Ölkələri Liqasının təşəbbüslərinə hörmət edirik və dəstəkləyirik. Suriya xalqının haqlı mübarizəsində onun yanındayıq. Klinton Əsəd rejiminə qarşı diplomatik təzyiqi artırmağa söz verib. Əsəd rejimi və onu dəstəkləyənlər başa düşməlidirlər ki, iki yol var: biri demokratik hakimiyyət dəyişikliyinə, digəri isə xaos və zorakılığa aparır”.
Bu arada, Israilin xüsusi xidmət orqanı “Mossad”a yaxınlığı ilə tanınan “Debka” saytı Davudoğlunun ABŞ-a səfərilə bağlı maraqlı məlumat yayıb. Saytın xəbərinə görə, Davudoğlu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya planını müzakirə etmək üçün Birləşmiş Ştatlara yollanıb. Həmin plana görə, Suriyada qarşıdurmaların intensivləşdiyi bölgələrdə Türkiyə-Ərəb qüvvələri tərəfindən nəzarət olunacaq uçuşa qadağan zonanın yaradılması nəzərdə tutulub.
Fransanın xarici işlər naziri Alen Jüpe isə Suriyaya xaricdən hərbi müdaxiləyə qarşı çıxıb: “Hesab edirik ki, istənilən xarici hərbi müdaxilə, özü də BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan həyata keçirilən müdaxilə, vəziyyəti yalnız gərginləşdirə bilər”.
Iranın Fransadakı səfiri Əli Əhani etiraf edib ki, Tehran rejimi Suriya hökumətinə lazımi dəstəyi verir və bu dəstək bundan sonra da davam edəcək.
Suriya müxalifətinin yaratdığı Milli Şuranın 70 üzvü birgə bəyanat yayaraq, iranlı müxaliflərlə həmrəy olduqlarını, xalqın azadlıq və demokratiya uğrunda apardığı dinc mübarizəsinə dəstək verdiklərini bəyan edib. Milli Şura üzvlərinin yaydığı bəyanatda deyilir ki, Iran xalqının “Ərəb baharı”na dəstək verməsi demokratiya uğrunda ayağa qalxmış Orta Əərq ölkələri xalqlarının apardığı mübarizənin bir-birilə sıx əlaqədə olduğunu göstərir.
Bəyanatı imzalayan Suriya Milli Şurasının üzvü Bəssam əl-Qutli “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında azadlıq uğrunda mübarizədə Suriya xalqının Iran xalqının arxasında olduğunu bəyan edib.
Informasiya əöbəsi