“Milan”, yoxsa “Arsenal?

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Rusiyada baş tutacaq. Burada yerli “Zenit” (Peterburq) klubu doğma azarkeşləri önündə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.

Digər oyun isə daha böyük maraq kəsb edir. Avropanın iki nəhəng komandası – “Milan” və “Arsenal” klubları İtaliyada üz-üzə gələcəklər. ÇL-də daha öncə də qarşılaşan bu komandaların son dueldə “Arsenal” qalib gəlmişdi.

Qeyd edək ki, bu mərhələnin qalan görüşləri gələn həftə baş tutacaq.

15 fevral

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları

21:00. “Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya)

23:45. “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)

Qol.az