Fevralın 11-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Müraciətdə martın 4-də 3 məkandan biri – “Füzuli” meydanı, “Nərimanov” metrostansiyasının qarşısı və “Təbriz” kinoteatrının qarşısındakı meydanda, saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub (qafqazinfo).
Müraciət Gənclərin Hüquqlarını Müdafiə Komitəsində Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Vətəndaş Həmrəyliyi, Azərbaycan Demokrat partiyalarının gənclər təşkilatları, eləcə də Azad Gənclik, Müsbət Dəyişikliklər, Dalğa Gənclər Hərəkat”, NİDA Vətəndaş Hərəkatı, İnsan Hüquqları Klubu təmsil olunurlar.


