Etibar Məmmədovun yaşadığı bina yandı

Azərbaycan paytaxtında yaşayış binasında yanğın başlayıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Kaspian – Plaza” İş Mərkəzinin yaxınlığında, M. N. Naxçıvani küçəsi – 22 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 16 mərtəbəsində qeydə alınıb.
Əraziyə yanğınsöndürənlər və polis əməkdaşları gəlib. Yanğının söndürülməsinə başlanıb.
Lent.az-ın məlumatına görə, yanğın binanın 4-cü və 5-ci mərtəbələrindəki mənzillərdə başlayıb. Şahidlərin bildirdiyinə görə, həmin binada AMİP lideri Etibar Məmmədov da yaşayır. E.Məmmədov evakuasiya edilən sakinlər arasındadır.