Məcburi köçkünlər rüşvətxorluqdan şikayətlənirlər
Qubadlılı məcburi köçkünlər onlardan qanunsuz pul yığılmasından şikayətlənirlər. Onlardan “Azadlıq” qəzetinə çatan məlumata görə, kəndlərin icra nümayəndəlikləri hər bir məcburi köçkündən 5 manat pul tələb edir. Bu pul onlara “çörək pulu” adlandırılan müavinəti almaq üçün verilən kartı yeniləmək məqsədilə istənilir. Şikayətçilər bu katrların dövlət hesabına, pulsuz verildiyini iddia edərək, narazılıqlarını saya salanın olmadığını deyirlər.
S.Novruz


