Bizdən dözümlü xalq varmı?

Iranın yenə də gözləri “bərəlib”, hara baxır, elə Israili görür. Özü də o, Israili təkcə Azərbaycanda görür! Sovetlər Birliyi dağılanda mən güman edirdim ki, Iran öz təsirini Mərkəzi Asiya ölkələrinə, xüsusən də Tacikistana yaymağa, o ölkədə möhkəmlənməyə cəhd edəcək. Məni belə düşünməyə vadar edən bu detal onunla bağlı idi ki, sovet vaxtında fars və tacik sözləri az qala sinonim kimi işlənirdi. Ə.Firdovsini, Ö.Xəyyamı fars-tacik əairi kimi təqdim edirdilər.
Qərəz, tərsinə alındı. Iran yalnız Azərbaycanı görür. Bilirsiniz, normal, güclü hakimiyyət heç olmasa bir dəfə Irana tutarlı cavab verərdi və bununla onun nota selinin qarşısına əbədi bir bənd atardı. Amma burada belə bir hökumət yoxdur. Bəli, öz vətəndaşlarına gələndə bizim hökumət kifayət qədər sərt və “prinsipial” olur, ən kiçik etirazı az qala top-tüfənglə dağıtmağa cəhd edir, di gəl, bir xarici insan və yaxud dövlət görəndə az qala bayılır, özlərini itirirlər.
Bunlar hətta milli mənafe üçün risk etmək istəmirlər. Yəqin düşünürlər, biz birdən risk edərik və hakimiyyətdən yıxılarıq, bu qədər sərvət də əlimizdən çıxar! Bunların məntiqi budur. Arabir xarici ölkələrə lap uşaq kimi Irandan şikayət edirlər. Bunu da ona görə edirlər ki, özlərinin ABŞ və Qərb önündə məzənnələrini artırsınlar, başqa məqsəd yoxdur, məqsədləri yalnız budur. O gün yenə də Iran bir nota göndərdi. Mən artıq bilmirəm, bu, neçənci notadır!
Nə cavab verəcəklər, onu da bilmirəm. Amma nə M.F.Axundovun yeridir? O, indiki Irana münasibətdə də çox aktual görünür. Bəli, indilər “Kamalüddövlə məktubları”nı oxumağın əsl vaxtıdır, çünki Iranda cəhalət baş alıb gedir! Bir çoxu düşünür ki, Iran heç də geri ölkə deyil. Amma Şimali Koreyadan uzağa gedə bilməyib! O qədər sərvət nəyə sərf olunur? Nüvə silahı düzəltməyə! O silahı neyləyəcəklər? Vallah, bilmirəm. Bunlar elə düşünür ki, nüvə silahını əldə edən kimi onlara münasibət dəyişəcək və hamı bu dövlətlə, onun molla rejimi ilə hesablaəacaq! Belə olacaqmı? Əsla! Onda nədən özlərini bu qədər əziyyətə salırlar? Ona görə ki, bu ölkəni mollalar idarə edir! O insanlar uzaq mənzilli raket istehsal etmək istəyirlər, lakin burunlarından uzağı görmürlər!
Nə isə. Iran mövzusunda çox danıəmaq olar. Amma Ş.Sədi də çox danışmış və çox yazmışdı. Iranlılar hələ də onu oxuyurlar. Amma nə fayda? Məni çox dilxor edən bir məqam da var. O da bizim azərbaycanlıların dözümüdür. Elə fərq qoymuram, buradakı, oradakı azərbaycanlılar dözümlük yarışı olsa, bəlkə də ön sıralardan birini tutarlar. Bundan sonra necə deməyəsən ki, biz dözümlü xalqıq! Bizi idərə edənlərin bizim milli keyfiyyətlərimiz sırasında ən çox qiymətləndirdikləri də elə bu dözümdür! Dözəkmi? Onsuz da başqa şey əlimizdən gəlmir! “Mürgüləyən Şərq” adını nahaq almamişıq ki! Artıq o Şərq sözü də şərti mənada işlənir və onu klassik mənada yalnız bizə şamil etmək olar, çünki Uzaq Şərq artıq çoxdan Şərq çərçivələrindən çıxıb, özünü yeni bir inkişaf trayektoriyasına çıxarıb. Bəs biz? Biz mürgüləyirik! Yuxunuz şirin olsun, əziz şərqlilər!

Qoyunu qurda tapşıranda…

Suriya məsələsinə münasibətim birmənalıdır. B.Əsəd hakimiyyətdən getməli, Suriyada demokratik islahatlar aparılmalıdır. Lakin indilər Suriyada fəallıq edən kimdi? Səudiyyə Ərəbistanı! Teokratik monarxiya! Seçki, siyasi partiya, demokratiya rüşeymləri olmayan ölkə! Güman, Səudiyyə kralı zənn edir ki, B.Əsəd gedəndən sonra Suriyada da teokratik rejim qurular, mərkəz kimi də Səudiyyə Ərəbistanını seçərlər! Hər halda, mən başqa bir motiv, ya səbəb görmürəm. Qərəz, Ər-Riyad da bizi təəccübləndirir!

Türkmənlər səs verdilər…

Vallah, özüm də bilmirəm, türkmənlər seçkiyə gedir, ya yox?! Hər halda, bir səsvermə də keçirildi. Türkmənlər dünyanı təəccübləndirmək fikrinə yaxın da düşmədilər, elə indiki prezidenti daha bir müddətə özlərinə rəhbər təyin etdilər. Bizə nə qalır? Uğur diləmək! Bilirsiniz, bir məsəl var, deyirlər ki, lap əvvəl özünə bax, sonra başqalarına! Bizimkilərin bəzisi elə düşünür ki, biz guya Türkmənistandan irəliyik. Əsla! Bizimlə onlar arasında bir fərq var. Biz Xəzərin Qərb sahilindəyik, onlar isə Şərq sahilində! Vəssalam!