Aygün Kazımova İstanbulda yaxalandı (FOTOLAR)

{jcomments off}Ad günündə jurnalistləri məclisin təşkil olunduğu əyləncə məkanında qurulmuş qara çadıra göndərməklə yerli mətbuatın “qara siyahı”sına düşən Aygün Kazımova, deyəsən, jurnalistlərin dəstəyi olmadan keçinə bilmir.

Sənətçinin fanatları tərəfindən Anspress-ə fotolar göndərilib. Fotolara baxdıqda aydın olur ki, onlar məhz mətbuatda yayımlamaq məqsədilə çəkilib.

Beləliklə, özünə yeni sevgili tapdıqdan sonra Türkiyə şou-biznesinə qatılmağı qarşısına məqsəd qoyan xalq artisti Aygün Kazımovanın bir ayağı burada, bir ayağı oradadır. Müğənni növbəti albomunu çox yaxında İstanbulda çıxarmağa hazırlaşır və albom üzərində çalışmalarla bağlı fevralın 13-dən Türkiyədədir.

Hazırda Türkiyədə səsyazma studiyasında yeni mahnılar yazdıran xalq artisti çox gərgin iş rejimində çalışır. O, gərgin iş günündən sonra isə Türkiyənin tanınmış gürcü əsilli modelyeri Ramazzo Roma ilə İstanbulun ən kübar məkanlarından birində istirahət etməyə qərar verib.