Şadlıq sarayının yaxınlığında dəhşətli qətl

Həmyerlisi 29 yaşlı gəncin boğazını kəsdi

Fevralın 14-də Şəmkir rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 21:30 radələrində Şəmkir şəhərində yerləşən Qoşa Çinar şadlıq evinin yaxınlığında 1985-ci il təvəllüdlü Əsgərov Xəqani Daşdəmir oğlu 1983-cü ildə anadan olmuş İbrahimov Elxan Eynur oğlunu bıçaqlayaraq qətlə yetirib. O, 29 yaşlı E.İbrahimovun boğazını bıçaqla kəsib. İkinci kəskin qan itirmədən hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə mübahisə zəmində baş verib. X.Əsgərov yaxınlıqdakı kafedə yeyib-içib və hadisə vaxtı sərxoş vəziyyətdə olub.

X.Əsgərov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.