Bakı şəhərində intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu rayon Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi ev 6-da yaşayan 1987-ci il təvəllüdlü Muradov Ələkbər Azad oğlu özünü asaraq intihar edib. 25 yaşlı Ə.Muradov yaşadığı evin həyətindəki qarajda özünü asıb. Ə.Muradov yeni ailə qurubmuş. Yaxınları onun asılı vəziyyətdə qalmış meyitini aşkarlayıblar.
Hadisənin səbəbləri bəlli deyil.
Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


