Gənclərdən Ruslan Bəşirliyə orijinal dəstək (FOTOLAR/VİDEO)

Sevgililər günündə Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin xanım üzvləri Fəvvarələr meydanında Ruslan Bəşirli üçün flaşmob keçirdilər

Gənc xanımlar sinələrinə ürək şəklində kəsilmiş, üzərində “Ruslan+Vüsalə=7 il”, “Ötən 7 il səni mənim kimi gözlədi”, “Azadlığın barmaqlıqlar arxasında, sevgin ürəyimdə həbsdədir”, “Həbsdə olsan da sevgimiz azaddır”, “Milli sevgililər günündə görüşmək ümidilə”, “Sevgimiz qeyri demokratik ölkənin ən demokratik vətəndaşıdır”, “Bu il Xəzərin sahilində insanlar Avropanı, mənsə səni gözləyirəm, Ruslan”, “Küçədə buz əridikcə azadlığını donduran barmaqlıqlar da ərisin” şüarları yazılmış kağızlar yapışdırıb, əllərində rəngarəng hava şarları və qaval çala-çala insanların diqqətini cəlb ediblər. Flaşmobun əvvəlində polis müdaxilə edərək həmin kağızları onlardan zorla aldı. Xanımlar əvvəlcədən hazırladıqları kağızlarla aksiyanı yenidən davam etdirdilər