Ərəb ölkələri Təhlükəsizlik Şurasına çağırış etdi
Suriyayla diplomatik əməkdaşlığı dayandırmaq qərarı verən Ərəb Ölkələri Liqası BMT Təhlükəsizlik Şurasından (TŞ) bu ölkəyə beynəlxalq sülhməramlı silahlı qüvvələr göndərilməsini istəyib. Misirin paytaxtı Qahirədə keçirilən quruma üzv ölkələrin xarici işlər nazirlərinin konfransında Suriyadakı bağlı 14 maddəlik qərar layihəsi təsdiqlənib.
Toplantıda Livan qərar layihəsinin qəbulu üçün keçirilən səsvermədə bitərəf, Əlcəzair isə Ərəb Ölkələri Liqasının BMT TŞ-a Suriyaya sülhməramlı qüvvələr göndərilməsi çağırışına bitərəf qalıb. “Reuters”in xəbərinə görə, bundan başqa layihədə Ərəb ölkələrinin Suriyaya tətbiq etdiyi iqtisadi sanksiyaların sərtləşdirilməsi, Suriya xalqına kömək və siyasi dəstək verilməsi üçün də çağırış öz əksini tapıb. Ərəb Ölkələri Liqası Suriyadakı müşahidə heyətinin missiyasını dayandırılıb. Müşahidə missiyasının başçısı sudanlı general Məhəmməd Əhməd Mustafa əl Dabidə isə Qahirədəki toplantı ərəfəsində daşıdığı vəzifədən istefa verdiyini bildirib.
Toplatında Tunisdə beynəlxalq bir konfransın keçirilməsi haqda da qrar qəbul olunub. Tunis fevralın 24-də “Suriyanın Dostları” adı altında başlanacaq beynəlxalq konfransın ilk yığıncağına ev sahibliyi edəcəyini açıqlayıb.
Suriya müxalifəti ilə əlaqələrin davam etdiriləcəyi göstərilən qərarda Bəşər Əsəd əleyhdarlarının dəstələnməsi də vurğulanır. Təşkilat Suriya hakimiyyətinə qarşı bütün beynəlxalq təzyiqlərdən istifadə edilməsi üzərində razılaşma əldə etməklə yanaşı, insani ehtiyaclar xaricində Suriya ilə ticarətin dayandırılması məsələsində daha əvvəl alınan qərarın daha təsirli bir şəkildə həyata keçirilməsini də razılaşdırıb. Bəşər Əsəd rejiminin Ərəb Ölkələri Liqasındakı daimi nümayəndəsi və Qahirəki səfiri Yusuf Əhməd Suriyanın təşkilatın bütün qərar və təkliflərini rədd etdiyini bildirib.
İnformasiya şöbəsi


