Saadi Qəzzafi bir neçə gün qabaq Liviyada əks üsyan başladacağını bildirmişdi
Liviyanın öldürülmüş diktatoru Müəmmar Qəzzafinin oğlu Saadi Qəzzafi sığındığı Nigerdə ev dustağı edilib. Səbəb onun Niger hökuməti ilə razılaşmanı pozmasıdır. Belə ki, Saadi ötən həftə sonu “Əl Ərəbiyyə” kanalında çıxış edərək Liviyanın indiki hökumətindən narazı olanlarla daimi əlaqə saxladığını və qisas üsyanına başlayacağı haqda bəyanat verib.
Niger hökumətinin nümayəndəsi bildirib ki, Liviyadan gəlib onun ölkəsinə sığınanıar belə çıxış etməməlidirlər. Buna baxmayaraq, Niger hökuməti Saadi hələ ki Liviyaya təhvil vermək fikrinəd deyil. “Liviyada müstəqil, ədalətli məhkəmə sistemi qurulduqdan sonra onu Liviyaya verə bilərik”, – deyə Niger hökumətinin nümayəndəsi bildirib.
azadlıq.info


