Muzeydə güclü partlayış: “Azəriqaz”-ın dörd əməkdaşı yaralandı

İçərişəhərdə partlayış baş verib. Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib

Hadisə bu gün Böyük Qala küçəsi 13/15 ünvanında yerləşən muzeydə qeydə alınıb. Həmin ünvanda “Azəriqaz” QSC-nin əməkdaşları qaz sayğacı quraşdıran zaman anidən partlayış baş verib. Nəticədə “Azəriqaz”ın əməkdaşları – 32 yaşlı Riyad Quliyev, 54 yaşlı Nizami Durmuşov, 27 yaşlı Ceyhun Musayev və 29 yaşlı Kamran Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.