Dehli və Tbilisidə yəhudi diplomatlara bombalı hücum

İsrail olaylara görə İranı günahlandırdı

İsrail Xarici İşlər Nazirliyi bu ölkənin Dehli və Tbilisidəki səfirliklərini hədəf alan terror aktlarının törədildiyini bildirib. Hindistanın paytaxtı Dehlidəki partlayış zamanı yəhudi diplomatın avtomobili hədəfə alınıb. Nəticədə qadın diplomat və onun sürücüsü xəsarət alıb. Dehli polisi insidenti araşdırdığını bildirib. Tbilisidə də yəhudi diplomata hücum cəhdi olub. İsrailin Gücüstan paytaxtındakı səfirliyinin ərazisində səfirə aid avtomobilə quraşdırılmış partlayıcı qurğunun partlamadan  zərərsizləşdirildiyi açıqlanıb.

İsrail Dehlidəki səfirliyinin sözçüsü David Qoldfarb terror aktının diplomatik missyasının iş saatının yekununa yaxın törədildiyini bildirib. İsrail XİN-in sözçüsü İqal Palmor yaralanan diplomatın adını və vəzifəsini təhlükəsizlik səbəbiylə söyləməyib. Tbilisidə yəhudi diplomatların hədəf alındığı terror aktına cəhdin qarşısını gücrü polisi alıb. Səfir İsak Qerberqin avtomobilinin alt hissəsinə yerləşidirlən əl qumbarası partlamadan öncə aşkarlanıb. Gürcüstan mediası Qerberqin sürücüsü Roman Haçaturyanın maışının alt hissəsinə yapışdırılan bir qara paketi fərq etdiyini və hadisə yerinə polisləri çağırdığını bildirib.

Rəsmi Təl-Əviv Hindistanda və Gürcüstanda İsrail diplomatlarına qarşı baş verən terror aktı və terror cəhdində İranı günahlandırıb. Baş nazir Benyamin Netanyahu İranın Dehli və Tbilisidəki hadisələrə görə məsuliyyət daşıdığını söyləyib: “Bu hücumların arxasında İran və onun dəstəklədiyi “Hizbullah” dayanır”.

İnformasiya şöbəsi