Beyləqanda kütləvi zəhərlənmə; 1 ölü

Beyləqan rayonunda qida zəhərlənməsindən ölüm hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin rəsmi saytındakı məlumata görə, Beyləqan rayonunun Allahyarlı kənd sakini Elməddin Şirinovun evində özü və qonaqları Seymur Şirinov, Zaur Allahverdiyev və Fariz Qurbanov turşudan zəhərlənib. F.Qurbanov xəstəxanaya aparılarkən yolda ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.