Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı var.
Trend-in məlumatına görə, bu barədə bazar günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.
Paytaxtda və yarımadada mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında da fevralın 13-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara bölgəsində az yağıntılı olacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 şaxta, gündüz 1-6° isti, dağlarda gecə 12-170 şaxta, gündüz 1-6° şaxta. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.