Eynulla Fətullayev Beynəlxalq mükafat alacaq

Mərkəzi qərargahı Londonda yerləşən nüfuzlu beynəlxalq təşkilatlardan biri – Index Censorship ifadə azadlığının müdafiəsində göstərdiyi xidmətlərə görə azərbaycanlı jurnalist Eynulla Fətullayevi ali mükafatla təltif edib.

Hər il olduğu kimi mükafatın təqdim edilməsi mərasimi martın 28-də Londonda keçiriləcək. Əvvəllər bu mükafata, məşhur rus jurnalisti Anna Politkovskaya, Vikiliks, əfsanəvi jurnalist Daniel Barenboim layiq görülüb. Mükafat təşkilatın 40 illiyi münasibəti ilə düzənlənəcək rəsmi ziyafətdə təqdim ediləcək. Bu barədə “Turan”a Fətullayev özü deyib.