Müsabiqə üçün nəzərdə tutulmuş arenanın inşası gecikir
“Eurovision 2012″ Mahnı Müsabiqəsi üçün nəzərdə tutulan arenanın inşası gecikir. Əldə etdiyimiz məlumatlara görə, artıq iki həftədir ki, tikinti işləri dayanıb. Bu da hava şəraiti ilə əlaqədardır.
Məlumatda deyilir ki, tikintinin gecikməsi hakimiyyətdə ciddi narahatlıq yaradıb. Qeyd edək ki, arena Bayraq Meydanının yaxınlığında inşa edilir. ”Yuxarılar”da düşünürlər ki, arenanın vaxtında təhvil verilməsi baş tutmaya bilər. Bu baxımdan “Eurovision”la “B planı” işə düşüb. Tofiq Bəhramov adına stadionun təcili təmir olunması barədə göstəriş verilib. Yeri gəlmişkən, stadionun təmiri ilə bağlı rəsmi məlumat da yayılıb. Hakimiyyət düşünür ki, arena vaxtında təhvil verilməsə, müsabiqəni stadionda keçirmək ən optimal variantdır.