Etibar Pirverdiyevin xalqı dondurmasının sirri açıldı

«Azərenerji»nin prezidenti işıq idarələrinin müdirlərini niyə hədələyib?

Hava şəraitinin pisləşməsi ilə əlaqədar Bakı və bölgələrdə işıq verilişində məhdudiyyətlərin yaranması barədə redaksiyamıza ilginc məlumat daxil olub.
Məlumatda deyilir ki, işığın fasilələrlə verilməsinin səbəbi “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin işıq idarələrinin müdirlərini hədələməsi ilə bağlıdır. Etibar Pirverdiyev onlara bildirib ki, işıq fasilələrlə verilməlidir, əks təqdirdə yüklənmə nəticəsində yarımstansiyalarda qəza baş verə bilər. Idarə müdirləri soyuq havada işığın fasilələrlə verilməsinin narazılıq yaradacığını bildirdirkdə isə Etibar Pirverdiyev onları hədələyərək deyib ki, bu halda yarımstansiyalarda qəza baş verəcəksə, təmir işlərini şəxsi vəsaitləri hesabına həyata keçirməli olacaqlar. Bundan sonra idarə müdirləri işığı fasilələrlə verməyə məcbur olublar.
Ekspertlər bildirir ki, əslində bunun kökündə korrupsiya dayanır. “Mümkündür ki, havalar düzələndən sonra neçə-neçə yarımstansiyanın sıradan çıxdığı və təmir edildiyi barədə hesabatlar hazırlansın. Yəni, Etibar Pirverdiyevin həmin tapşırığı sonradan xeyli vəsaitin mənimsənilməsi üçün düşünülə bilər”,- deyə ekspertlər vurğulayıb.