Həmas faktiki olaraq Suriyanı tərk edib. Türkiyənin Anadolu agentliyinin verdiyi məlumata görə bu qərar Həmasın siyasi bürolarının bir-birinin ardınca Dəməşqi tərk etməsi barədə verilən açıqlamalardan sonra məlum olub. Mənbə Həmasın yeni yerinin hara olacağı haqda yaxında açıqlama veriləcəyini bildirib. Keçən bazar Həmasın Dəməşqdəki son nümayəndəsi İmad Əl-Alaminin Suriyanın tərk edərək, Qəzza zolağına döndüyü bildirilmişdi.
Yaxın Şərq səyahətində olan Həmasın siyasi büro sədri Xalid Meşalın bir daha Suriyaya qayıtmayacağı deyilmişdi. Suriyada sürgün həyatı keçirən Meşalın Dəməşqi tərk etməsi Suriyanın daha təhlükəsiz bir yer olmaması ilə əsaslandırılır.
Ancaq Suriya ətrafında cərəyan edən siyasi prosseslər başqa səbəblərdən xəbər verir. Görünür ki, Türkiyədə yüksək mövqeli siyasətçilərlə görüşən Həmas lideri Suriya məsələsində qərarını verib. Bir neçə gün əvvəl Türkiyədə Həmasın yeni bürosunun yaradılacağı xəbəri yayılmışdı. Xəbər Türkiyə höküməti tərəfindən nə təsdiq, nə də inkar edilmişdi. Bəşə Əsədin Həmas kimi təşkilatların da dəstəyindən məhrum olması artıq rejimin sonunun gəlməsi haqda ciddi siqnaldır.
Həmas da Bəşər Əsədi tərk etdi
•