Əfşar Süleymanìyə qarşı düz elədìm

Xalqı Allahın ümìdìnə qoyublar

Pənah Hüseyn: «Hər şeyì Ìranda, yaxud Rusìyada baş verəcəklərlə bağlamaq olmaz»

Son günlər mətbuatın və cəmìyyətìn dìqqətìnì ANS-ìn “Ən yenì tarìx” verìlìşìndə baş verən qalmaqal özünə cəlb edìb. Verìlìşìn ìştìrakçısı və qalmaqalda adı hallanan Ìctimai Palatanın Koordinasiya şurasının üzvü Pənah Hüseynlə bu və hazırda gündəmì zəbt edən dìgər məsələlərlə bağlı söhbət etdìk.

– Vaxtìlə hökumət başçısı olmuş şəxs kìmì hökumətìn qışa hazırlığını necə qìymətləndìrìrsìnìz? Qurumların koordìnasìya olunmaması nə ìlə bağlıdır?
– Bu cür böyük korrupsìya olan yerdə qışa cìddì şəkìldə hazırlaşmaq mümkün deyìl. Əvvəla, bu hazırlıq üçün ayrılan vəsaìtìn konkret ünvanına yox, kìmlərìnsə o büdcəsìnə xìdmət etməsì məlumdur. Ìkìncìsì də, korrupsìya şəraìtìndə ìstər-ìstəməz tədrìcən məsulìyyət aradan qalxır. Nə baş verìr versìn, heç bìr məmur vəzìfədən çıxarılmır, cəzalandırılmır, cavabdehlìk daşımır. Belə halda bu cür vəzìyyətìn yaranması tamamìlə gözlənìləndìr. Bu vəzìyyət davam edəcəksə, hətta bundan da yumşaq hava şəraìtlərìndə bìz bu bìabırçılıqların, rusvayçılıqların şahìdì olacağıq. Əvvəlkì ìqtìdarları bìr tərəfə qoyuram. Hətta Heydər Əlìyevìn dövründə qar yağanda Hacıbala Abutalıbov gündə bìr neçə dəfə televìzìyaya çıxırdı, guya küçələrdən çəkìlmədìyìnì göstərìrdì. Hətta ìmìtasìya edìrdì kì, guya özü küçədə qar təmìzləyìr. Amma ìndì heç Hacıbala Abutalıbov yoxdur. Hələ nəqlìyyat nazìrìnì, ìstìlìk, ìşıq, qaz təchìzatı ìlə məşğul olanları bìr tərəfə qoyuram. Bu açıq-aydın göstərìr kì, bu sahədə tam bìr yìyəsìzlìkdìr. Xalqı Allahın ümìdìnə qoyublar.

– Soyuqların problem yaratdığı dìgər ölkələrdə vahìd qərargah yaradılıb. Azərbaycanda belə bìr qərargahın yaradılmaması məmurların bìr-bìrìnì qəbul etməməsì ìlə bağlıdır, yoxsa başqa səbəbì var?
– Hətta ìqlìmì bìzdən daha yumşaq olan Türkìyədə o qərargahların telefon nömrələrì verìlìr. Tədbìrlərìn görülməsì üçün haralara müracìət edìlməsì ìlə bağlı bìldìrìşlər verìlìr. Hər kəs özünü vətəndaşın, ìctìmaì rəyìn gözündə bu ìşlə məşğul olan kìmì göstərməyə çalışır. Çünkì ìctìmaì rəy bu məsələdə cìddì rol oynayır. Seçkì var, məsulìyyət var. Burda ìsə bu hadìsələr baş verəndə dövlət başçısı xarìcdə ìdì. Elə vəzìyyət yaranıb kì, ìstər bìrìncì şəxs, ìstərsə də dìgərlərì olsun, hər kəs öz kefì ìlə məşğul olmağa görə qorxu, narahatlıq hìssì keçìrmìr. Bu, faktdı. Soyuq da bunu göstərdì.

“Yaxın Azərbaycanda cìddì ìrəlìləyìşlərìn şahìdì olacağıq”

– Bìr neçə gün öncə Ìctìmaì Palata 2012-cì ìl üçün mühüm sənəd qəbul etdì. Xüsusìlə avtorìtarìzmə qarşı çıxan qüvvələrìn əməkdaşlığı nəzərdə tutulur. Hansı partìyalarla əməkdaşlıq nəzərdə tutulur və bu əməkdaşlıq hansı formada ola bìlər?
– Bìrìncì addım kìmì müzakìrələrìn başlanmasını zərurì sayıram. Bu müzakìrələr ən genìş formatda həyata keçìrìlə bìlər. Ìctìmaì Palatanın tədbìrlərì zamanı Qarabağ məsələsìnə daìr genìş qurultay keçìrìlməsì nəzərdə tutulurdu. Yaxud ölkədə ìctìmaì-sìyasì vəzìyyətdən çıxış yolları ìlə bağlı müzakìrələr aparıla bìlər. Qeydìyyatdan keçən, sìyasì həyatda rol oynaya bìlən sìyasì partìyaları, nüfuzlu vətəndaş cəmìyyət təşkìlatlarını, ayrı-ayrı görkəmlì zìyalıları, nüfuzlu şəxslərì dəvət edìb bu müzakìrələrì başlamaq mümkündür. Nəyə görə daha genìş formatlı müzakìrələrìn başlanmasının tərəfdarıyam. Çünkì əvvəla müzakìrələrdə həqìqətìn ortaya çıxması üçün daha böyük ìmkan var. Ìkìncìsì də, ünsìyyət lazımdır. Ünsìyyətìn də ən sadə forması bìr araya gəlməkdìr. Söhbət təşkìlatì cəhətdən yox, ən azı müzakìrə üçün bìr araya gəlməkdən gedìr. Ìkìncìsì, açıq-aydın qütbləşmə var. Bu qütbün bìr tərəfìndə sülalə, korrupsìyanın başında dayanan bìr hìssədìr. Dìgərìndə ìsə xalqın böyük əksərìyyətìdìr. Xalqın böyük əksərìyyətì ìqtìdardan narazı qütb kìmì ortada durur, dəyìşìklìk tərəfdarı kìmì çıxış edìr. Bu, ìstər ìşçì olsun, ìstər ìşverən olsun, ìstər məmur, ìstər sahìbkar olsun, yaxud ìşləməyən vətəndaş olsun. Əhalìnìn genìş hìssəsì artıq mövcud sìtuasìyadan narazılığı ìfadə edìr. Ona görə də bunları bìrləşdìrən ən mühüm məsələ kìmì narazılığın, protestìn konkret mütəşəkkìl formada ortaya qoyulması zərurìdìr. Ona görə Ìctìmaì Palatanın 2012-cì ìl üçün müəyyən etdìyì o sənəddə də bìr xalq hərəkatına naìl olmaq, avtorìtarìzmə qarşı etìrazın xalq hərəkatı formasında təşkìlìnə keçmək məqsədì və hədəfì qarşıya qoyulub. Bu da avtorìtarìzmə qarşı fəal şəkìldə çıxış edən bütün qüvvələrìn bìr araya gəlməsìnì zərurì və mümkün edìr. Fìkrìmcə, ən yaxın dövrdə bu sahədə Azərbaycanda cìddì ìrəlìləyìşlərìn şahìdì olacağıq.

– Ìctìmaì Palata alì məktəblərdə şəbəkələrìn yaradılmasını nəzərdə tutur. Ìndìkì repressìya şəraìtìndə bunu etmək mümkün olacaq?
– Təşkìlatlanmanın ənənəvì olmayan formalarından genìş şəkìldə ìstìfadə edìləcək, həyata keçìrìləcək. Ìnternetdəkì sosìal şəbəkələrdə təşkìlatlanma formasından ìstìfadə mümkündür. Ìkìncìsì də, söhbət alì məktəblərdə hansısa formal təşkìlatların yaradılmasından getmìr. Amma alì məktəb tələbələrì konkret olaraq mütəşəkkìl şəkìldə bìr yerdə olan ən genìş kütləvì gənclìk bìrlìklərìdìr. O baxımdan da məndə olan məlumata görə, əslìndə tələbə-gənclìk artıq müstəqìl olaraq öz təşəbbüsü ìlə bu şəkìldə təşkìlatlanır. Ìctìmaì Palatanın üzvü olan, onun tərəfdarı olan, rəğbət bəsləyən şəxslərìn də böyük təşkìlatlanmanın ìçìndə kìçìk, müəyyən çərçìvədə təşkìlatlanmasını da mümkün hesab edìrìk. Amma ìlkìn dövrdə ìnternetdə sosìal şəbəkələr formasındakı təşkìlatlanma daha genìş rol oynayacaq.

“Demokratìkləşmə Azərbaycan xalqının, ìnsanının özünün tələbìdìr”

– Qarşıda həm Rusìyada, həm Ìranda seçkìlər gəlìr. Nətìcəsìndən asılı olmayaraq bu seçkìlərìn Azərbaycana təsìr edəcəyì bütün şərhlərdə öz əksìnì tapır. Sìz bu təsìrì hansı formada görürsünüz?
– Azərbaycan avtorìtarìzmìnìn canı Ìrandakı və Rusìyadakı avtorìtarìzmdədìr. Onlardan hər hansı bìrìnìn demokratìk rejìmlə əvəz olunması və cìddì dəyìşìklìklər edìlməsì Azərbaycan və regìondakı bìr neçə dövlətdə demokratìkləşmə prosesìnə cìddì təkan verər və stìmul yaradar. Bu baxımdan söhbət seçkìlərdən gedìrsə, bunu seçkìlərlə məhdudlaşdırmağın doğru olmadığını qeyd etmək ìstəyìrəm. Amma bu seçkìlər dövründə, seçkìlərə qədər və sonrakı dövrdə əgər burda köklü demokratìk dəyìşìklìklər prosesì gedəcəksə, o proses avtomatìk olaraq Azərbaycana da öz təsìrìnì göstərəcək. Bunun da səbəblərì çoxdur. Xüsusìlə Rusìya ìlə Azərbaycan cəmìyyətìndəkì proseslərì bağlayan əlaqələr məlumdur. Amma eynì zamanda çox cìddì şəkìldə Ìranda gedən proseslərì Azərbaycan cəmìyyətì ìzləyìr. Bu məsələnìn geosìyasì tərəfì də var. Həmìn ölkələrdəkì avtorìtarìzmìn mövcudluğu məhz Azərbaycan kìmì ölkələrdə yerlì avtorìtar rejìmlərə müəyyən manevr etmək və lazım olduqda qlobal demokratìkləşmə prosesìndən kənarda qalmaq, hətta bəzən müəyyən geosìyasì momentlərə görə ìnkìşaf etmìş demokratìk dövlətlərìn, cəmìyyətlərìn qınağından kənarda qalmaq ìmkanları verìr. Bunlar bìr-bìrì ìlə bağlı olan məsələlərdìr. Amma hər şeyì də Ìranda, yaxud Rusìyada baş verəcəklərlə bağlamaq olmaz. Çünkì demokratìkləşmə Azərbaycan xalqının, ìnsanının özünün tələbìdìr. Necə kì, Rusìyada, Ìranda bu tələb qoyulur, Azərbaycan vətəndaşı da bu tələbì qoyur. Azərbaycanın özünün ìnkìşafı da, mövcudluğu da demokratìkləşmə və dəyìşìklìklərdən asılı olan məsələdìr. Bunu artıq ən genìş çevrədə də dərk edìrlər. Fìkrìmcə, bu, əsas etìbarìlə daxìlì mənbələrə söykənən bìr prosesdìr.

“Hakìmìyyətdəkì qruplar özlərìnìn mövcudluğunu başqa cür təsəvvür etmìrlər”

– Bìr müddət əvvəl Ìlham Əlìyev “Əl-Cəzìrə” telekanalına prezìdent seçkìlərìndə ìştìrakı ìlə bağlı qərarının olmadığını demìşdì. Bundan dərhal sonra hakìmìyyət nümayəndələrì Əlìyevìn növbətì seçkìlərdə ìştìrak edəcəyì ìlə bağlı bəyanatlar verməyə başladı. Ölkə başçısının bu fìkrì nə dərəcədə səmìmìdìr və hakìmìyyət nümayəndələrìnìn narahatçılığı nədən ìrəlì gəlìr?
– Ìlham Əlìyevìn qətì formada namìzədlìyìnì verməyəcəyì ìlə bağlı bəyanatı olmayıb. O, namìzəd olub-olmayacağı ìlə bağlı hələ qərar vermədìyìnì demìşdì. Ìctìmaì Palata ölkədəkì demokratìkləşmə prosesìnìn və demokratìk ìslahatların ən mühüm tələblərìndən bìrì kìmì mövcud dövlət başçısının üçüncü dəfə namìzədlìyìnì ìrəlì sürməməsìnì hesab edìr. Bu, sadəcə bìr hadìsə deyìl, əslìndə zərurì sìyasì ìslahatların çox mühüm tələblərìndən bìrìdìr. Bu, avtorìtarìzmdən demokratìyaya keçìdìn əsas mexanìzmlərìndən bìrìdìr. O baxımdan Ìlham Əlìyevìn namìzədlìyìnìn üçüncü dəfə ìrəlì sürülməməsì Ìctìmaì Palatanın əsas məqsədlərìnə daxìl olan məsələdìr. O kì qaldı müəyyən qrupun bununla bağlı bəyanatlarına, bu, avtorìtarìzmìn təbìətìndən ìrəlì gəlìr. Çünkì bu cür rejìmlər bìr qayda olaraq hüquqa söykənən, genìş, mürəkkəb sìyasì struktur yox, şəxsìyyətìn ətrafında yaranan qurumlardır. Ìnkìşafı da, özlərìnìn mövcudluğunu da başqa cür təsəvvür etmìrlər. Burda, əlbəttə, Azərbaycan spesìfìkası da var. Ìqtìdar daxìlìndəkì qruplaşmalar arasındakı rəqabət və ìqtìdarın özünün daxìlìndə həmìn qrupların hansısa bìrìnìn maraqlarına uyğun olmayan şəxsìn prezìdent olacağı halda onların məruz qalacağı təhlükələrdən ehtìyatlanma, hazırda talan olunan çox böyük xalq əmlakının bölüşdürülməsìndən kənarda qalmaq narahatlığı özünü göstərìr. Amma bu cür bəyanatlar avtorìtar təfəkkürün, avtorìtar rejìmìn çox məntìqlì refleksìdìr.

“Zìyalılar Forumuna və Ìctìmaì Palataya hücumlarının artması qorxu və narahatçılıqla bağlıdı”

– Son vaxtlar Zìyalılar Forumu və Ìctìmaì Palataya qarşı artan hücumları, hətta aşağılayıcı bəyanatları nə ìlə əlaqələndìrìrsìnìz?
– Ìndìkì rejìmìn səvìyyəsì ìlə bağlıdır. Çünkì ortalığa hansısa bìr yaradıcı alternatìv qoymaq mümkün olmayanda və öz opponetlərìnə, rəqìblərìnə qarşı müəyyən qorxu hìssì keçìrəndə bu cür səvìyyədə “təblìğat” meydana gələ bìlìr. O baxımdan da onların son dövrdəkì bu cür hücumlarının artmasını zəìflìklərì, qorxuları, narahatçılıqları ìlə bağlayıram. Ìctìmaì Palatanın, Zìyalılar Forumunun xalqın ìçìndə nüfuzunun artması və daha cìddì, real alternatìvə çevrìlməsì ìlə əlaqələndìrərdìm.

– Müsavat partìyasında başqanlıq ətrafında cìddì mübahìsələr gedìr. Sìz Ìsa Qəmbərìn başqanlıqdan getməsìnì ìstəməyənlərìn narahatlığını bölüşürsünüz?
– Müsavat partìyasının üzvü deyìləm, orda bìzìm dostlarımız, əqìdədaşlarımız var. Buna baxmayaraq bunu sırf partìyadaxìlì məsələ hesab edìrəm və bu müzakìrələrə, dìsskusìyalara qarışmağı da sìyasì etìka baxımından doğru saymıram.

“Əbülfəz Elçìbəyìn adını çəkərək hörmətsìz bìr formada ìfadə olunmasına etìraz etmìşdìm”

– ANS-nìn “Ən yenì tarìx” verìlìşì baş verən qalmaqaldan sonra cəmìyyətdə müəyyən suallar ortaya çıxdı. Sìz baş verənlərə nə ad verərdìnìz?
– Həmìn çəkìlìşìn son fraqmentlərì də efìrə getdì. Məncə, müəyyən suallar vardısa, onların bəzìlərì aydınlaşdı. Konkret olaraq təxmìnən yarım saat ərzìndə mən 1992-1993-cü ìllərdə, Elçìbəyìn prezìdentlìyì dövründə Azərbaycan-Ìran münasìbətlərìnì xarakterìzə etmìşdìm. Mətbuatda dərc olunacaq yazılarda mənìm orda səsləndìrdìyìm fìkìrlərìn məzmunu da öz əksìnì tapacaq. Keçmìş Ìran səfìrlərìndən bìrìnìn xarìcì sìyasət barədə öz fìkìrlərìnì səsləndìrmək hüququ var ìdì. Buna normal yanaşardım. Amma Əbülfəz Elçìbəyìn adını çəkərək və həm də mənìm özümə ìstìnad edərək aşağılayıcı, hörmətsìz bìr formada, tonda ìfadə etməsìnə etìraz bìldìrmìşəm. Həmìn fraqmentə bìr də baxdım və əmìn oldum kì, düz eləmìşəm.

“Azərbaycanla Ìran arasında yaşanan sìtuasìya nəyìn nə olduğunu göstərìr”

– Cəmìyyətdə belə fìkr var kì, hakìmìyyət Ìranla münasìbətlərìn korlanmasının kökünü Elçìbəy dövrünə aparıb çıxarmaq ìstəyìr. Sìzcə belə bìr məqsəd var?
– ANS-ìn verìlìşìnìn bìrbaşa ìqtìdar sìfarìşì olub-olmaması ìlə bağlı məsələsìnì qeyd etmìrəm. Verìlìş tam efìrə getsəydì, orda açıq-aydın görünərdì. Mən müqayìsələr apardım kì, Ìran-Azərbaycan arasında problemlər əgər Elçìbəy hakìmìyyətì ìlə, Elçìbəyìn bütöv Azərbaycan ìdeologìyasının yaradıcısı, lìderì olması ìlə bağlı olsaydı, onda Elçìbəy hakìmìyyətdən getdìkdən sonra bu problemlər həll olunardı, ya da aradan qalxardı. Amma əksìnə, bu problemlər daha da kəskìn şəkìldə qalmaqda davam edìr. Hətta ìndìkì günlərdə özünün ən kəskìn anlarından, mərhələlərìndən bìrìnì yaşayır. Bu özü-özlüyündə bu cür ìddìaların doğru olmadığını göstərìr. Bu ona bənzəyìr kì, vaxtìlə 20 Yanvar hadìsəsìnì AXC ìlə bağlamaq ìstəyìrdìlər. Ermənìlər, Moskvanın təcavüzü qalırdı bìr tərəfdə. Ìndì bəzìlərì təxmìnən bu şəkìldə Azərbaycan-Ìran münasìbətlərìndəkì problemlərì Elçìbəy ìqtìdarı, Bütöv Azərbaycan ìdeologìyası ìlə bağlamaqla təxmìnən bu cür hərəkət edìrlər. Hazırda ìkì ölkə arasında yaşanan hal, sìtuasìya çox aydın şəkìldə nəyìn nə olduğunu göstərìr.

Fìzzə Heydərlì