Keçmiş sevgilisi Rza Zərrabın telefon danışıqlarını icazəsiz yaymaqla günahlandırılan Azəri qızı Günelin məhkəməsi keçirilib. Türkiyə mətbuatına yaydığı məlumata görə, Istanbul məhkəməsində baş tutan prosesdə Günel Zeynalovanın hüquqlarını vəkil Naci Bilan müdafiə edir.
Azəri Günel xəbərləşmənin gizliliyini pozmaq, telefon danışıqlarını gizli dinləmək, yaymaq kimi hərəkətlərdə ittiham edilir. Dünənki məhkəmə iclasında vəkil Naci Bilan hakimə sənəd təqdim edərək, hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan vətəndaşı olduğunu deyib. Vəkil həmçinin Güneli müdafiə edərkən bildirib ki, iddiada söhbət gedən hadisələr Azərbaycanda baş verib. Həmin hərəkətlər isə bu ölkədə cinayət hesab edilmir.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər Proses təxirə salınıb.
Xatırladaq ki, Azəri Günelə qarşı iddia qaldıran Rza Zərrab vaxtilə müğənninin sevgilisi olub. Hazırda isə o, türkiyəli müğənni Ebru Gündəşlə evlidir və cütlüyün 4 aylıq bir qızı da var.
Azəri Günel Türkiyədə məhkəmə qarşısında
•
•