XİN binası yaxınlığında güclü yanğın: qadın yanaraq öldü

Bu gün səhər saatlarında Bakıda güclü yanğın hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Mirzə İbrahimov küçəsində, Xarici İşlər Nazirliyinin arxa hissəsində ev yanıb. Nəticədə evdə olan 1 qadın yanaraq ölüb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparılır.