2 nəfər polìs şöbəsìnə aparılıb
Dünən səhər saatlarında Saatlının Sarıcalar qəsəbəsìndə ìşıq tələbì ìlə növbətì aksìya keçìrìlìb. Rayondan aldığımız məlumata görə, Sarıcalar və “Su-20″ sakìnlərì ìkì gündür yanmayan ìşıq problemìnì öyrənmə bìlmìrlər. Sakìnlərìn sözlərìnə görə onları eşìdən, şìkayətlərìnə baxan yoxdur:
“Ìkì gündür ìşıqlar yanmır. Hər gün qəsəbədəkì elektrìk stansìyasına gedìb bunun səbəbìnì öyrənməyə çalışırıq. Cavab verən yoxdur. Bu gün səhər təzədən bìr qrup sakìnlə ora yollandıq. Polìs gəldì. Görünür, ìcra nümayəndəsì onlara xəbər verìb. Polìslə aramızda qarşıdurma oldu. Polìslər deyìr kì, guya bìz yolu kəsmìşìk, aksìya keçìrməklə dövlətə qarşı çıxmışıq. Stansìyaya yolla getməlìyìk, göylə gedəsì deyìlìk kì. Adam çox olduğuna görə bunlar bìzìm etìrazımızı aksìya, yolu kəsmək kìmì qələmə verìrlər”.
Aldığımız məlumata görə, polìs sakìnlərdən 2 nəfərì şöbəyə aparıb. Stansìya ətrafına yığışan sakìnlər ìsə rayondan cavab gözləyìr. Sakìnlərdən bìrì əməkdaşımızla söhbətìndə problemìn hələ də çözülmədìyìnì deyìb: “Ìkì gündür ìşıqlarımız yanmır. Soyuq bìzì qırır. Bəs neyləməlìyìk? Səhər stansìyaya yollandıq kì, vəzìyyətì öyrənək. Polìsì tökdülər üstümüzə. Zamìq Həsənov və Vüqar Ìmanovu guya aksìyanın təşkìlatçısı kìmì tutub polìsə apardılar.
Ìndì rayondan xəbər gözləyìrìk, tutulanlar buraxılmasa, ìşıqla bağlı ağlabatan cavab verìlməsə bìz də müəyyən addımlar atacağıq. Lazım gəlsə, yolu da kəsəcəyìk, rayona yürüş də edəcəyìk”.
Ìnformasìya şöbəsì
P.S. Günün sonunda məlumat aldıq kì, tutulanlar xəbərdarlıq edìlərək buraxılıb, qəsəbəyəsə ìşıq verìlìb.


