Putin Rusiyanı xilas edə bilməyəcək

Mixail Qorbaçovun fikrincə, baş nazir bir lider kimi artıq tükənib

Son zamanlar Rusiya hakimiyyətinə qarşı sərt mövqeyi ilə gündəmdə olan Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov baş nazir Vladimir Putini hədəf alan açıqlama səsləndirib. “Vladimir Putin prezident seçilsə, Rusiyada siyasi iğtişaşlar daha da pisləşə bilər”,-deyə Qorbaçov xəbərdarlıq edib.

Moskva Dövlət Universitetinin tələbələri qarşısında çıxış edən Qorbaçovun sözlərinə görə, baş nazir Putinin bir lider lider kimi potensialı artıq tükənib. SSRİ-nin sabiq rəhbəri deyib ki, baş nazir Putinin ölkənin kursunu dəyişməsi çətin olacaq, çünki o, əsas etibarilə öz yaxınları və dostları tərəfindən əhatə olunub:“Rusiyanın reklam, ya da ayrı-ayrı addımlar deyil, sistemli dəyişikliklərə ehtiyacı var. Bu islahatlar ən qısa zaman ərzində həyata keçirilməsə Yaxın Şərq və Şimali Afrika ölkələrində yaşanan “Ərəb Baharı” Rusiyada da təkrarlana bilər. İnsanlar o ölkəlrdə olduğu kimi etiraz burada da nümayişlər üçün küçələrə axışacaq”.

Xatırladaq ki, Sovet İttifaqının keçmiş lideri və Nobel sülh mükafatı laureatı Mixail Qorbaçov əvvəllər Vladimir Putinə dəstək versə də, onun ölkəni idarə etmək qabiliyyətinə getdikcə tənqidi münasibət bəsləməyə başlayıb. Baş nazirin isə bu ilin martında keçiriləcək prezident seçkilərində yenidən Kreml rəhbəri postunu tutacağı gözlənilir.

İnformasiya şöbəsi